Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

ATƏT sədri həmsədrlərlə görüşüb


ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronius Azubalis Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Minsk qrupunun həmsədrləri - Bernar Fasie(Fransa) , Robert Bradtke (ABS) və İqor Popovla (Rusiya) görüşüb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

ATƏT-in internet saytının məlumatına görə, Azubalis Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun səylərini dəstəkləyib və danışıqlarda irəliləyiş olduğunu bildirib.

Minsk qrupunun həmsədrləri isə iyunun 24-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü barədə Azubalisə məlumat veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG