Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:46

Əfqanıstanda 5 Fransa əsgəri öldürülüb


Çərşənbə günü Əfqanıstanda 5 Fransa əsgəri həlak olub.

Onlar Kapisa əyalətində intiharçının törətdiyi partlayış nəticəsində ölüblər.

Həmçinin bir neçə dinc sakin yaralanıb.

Başqa bir intiharçı isə elə həmin gün eyni rayonda Fransa əsgərlərini aparan hərbi maşın karvanının yolunda özünü partladıb.

Nəticədə bir neçə əsgər, dinc sakin və 1 əfqan polisi yaralanıb.

Fransa prezidenti Nicolas Sarkozy bu günlərdə əyalətdəki Fransa əsgərlərinə baş çəkib.
XS
SM
MD
LG