Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:05

Pakistan ABŞ-ın niyyətindən narahatdır


Pakistan hökuməti terrorçuluqla mübarizədə Vaşinqtonun İslamabada 800 milyon dollarlıq yardımı dondurmasından rəsmi narahatlıq bildirib.

Baş nazir Yousif Raza Gilani bu barədə çərşənbə günü Kvetta şəhərində jurnalistlərə açıqlamasında deyib.

O hələlik Birləşmiş Ştatlardan rəsmi bildiriş olmadığını və ölkəsinin terrorçuluğa qarşı mübarizə apardığını qeyd edib.

Pakistan kəşfiyyatının rəhbəri Əhməd Şuca Paşa danışıqlar aparmaq üçün Vaşinqtona yollanıb.
XS
SM
MD
LG