Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:48

Mladiçin həyat yoldaşına qarşı irəli sürülmüş ittiham götürülüb


Serbiya məhkəməsi Bosniya serblərinin keçmiş baş komandanı Ratko Mladiçin həyat yoldaşına qarşı irəli sürülmüş ittihamı ləğv edib.

Bosilka Mladiç qanunsuz silah saxlamaqda ittiham olunurdu.

O bu ilin aprelində istintaqa ifadə verərkən 2008-ci ildə Belqraddakı evindən tapılmış avtomat və bir neçə tapancanın ərinə məxsus olduğunu demişdi.

Hazırda Haaqa məhkəməsində olan Ratko Mladiç 1995-ci ildə Bosniya müharibəsi zamanı soyqırım və hərbi cinayətlər törətməkdə ittiham olunur.

Onun komandanlığı dövründə təkcə Serebrenitsada 7 mindən çox müsəlman kişi və oğlan kütləvi öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG