Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:47

«Xəzər Lənkəran» viza problemi ilə üzləşib?


«Xəzər Lənkəran» klubunun stadionu

«Xəzər Lənkəran» klubunun stadionu

Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycanın «Xəzər Lənkəran» klubu İsrailin «Makkabi» komandası ilə qarşılaşacaq. Oyun iyulun 14-də İsraildə baş tutacaq. Amma «Xəzər Lənkəran» klubunun üzvlərinin viza məsələlərində müəyyən problemlər yaranıb.

Bu barədə AzadlıqRadiosuna «Xəzər Lənkəran» klubunun mətbuat xidmətinin katibi Yalçın Əliyev məlumat verib. O deyir ki, həm oyunçuların, həm də klub üzvlərinin viza məsələlərində problemlər yaranıb:

«Bir ölkənin idman klubu başqa bir ölkəyə gedirsə, ev sahibliyi edən ölkə klub üzvləri üçün viza məsələsini həll edir. Klub tərəfindən təqdim olunmuş siyahıya əsasən vizalar təqdim olunur. Bu dəfə də belə olacağını gözləyirdik. Amma İsrail tərəfi klub üzvlərinə viza verməkdən imtina etdi. Klub oyunçuları isə hava limanında müəyyən problemlərlə rastlaşıblar».

İsrail səfirliyi isə bildirir ki, heç bir azarkeş və ya jurnalist səfirliyə ya da İsrailin Xarici İşlər Nazirliyinə viza üçün müraciət etməyib, heç kimə viza verməkdən imtina olunmayıb:

«Komanda şəxsən bütün hazırlıqları öz əlaqələri vasitəsilə birbaşa İsrail ilə həyata keçirib. Biz hər iki ölkə arasında olan idman fəaliyyətlərini dəstəkləyirik. Çoxsaylı qruplar Azərbaycan və İsrailə səfərlər edir. Biz inanırıq ki, ən yaxşı komanda qələbə çalacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG