Keçid linkləri

Bakı bahalığına görə dünyada 48-cidir


Bahalı şəhərlər siyahısında Nyu-York ancaq 32-cidir

Bahalı şəhərlər siyahısında Nyu-York ancaq 32-cidir

ABŞ-da yerləşən məsləhət və araşdırmalar təşkilatı - "Mercer"in hazırladığı dünyanın ən bahalı şəhərləri arasında Bakı bu il 48-ci yerdədir. Amma keçən il Bakı daha bahalı şəhər hesab edilmişdi - 36-cı yer. Bu təşkilata görə 48-ci yerdəki Bakıda qiymətlər Praqdan bir az aşağı, Amsterdamdan isə yuxarıdır.

"Mercer"in hazırladığı Dünyada Yaşam qiymətləri – 2011 siyahısındakı 50 şəhərin içində post-sovet məkanından Moskva və Sankt-Peterburq da var. Moskva dünyanın ən bahalı 4-cü, Sank-Peterburq isə 29-cu şəhəri hesab edilib.

Dünyanın ən bahalı şəhəri Anqola paytaxtı Luanda olub.

İlk onluqda sonrakı yerləri Tokyo (Yaponiya), Ncamena (Çad), Moskva (Rusiya), Cenevrə (İsveçrə), Osaka (Yaponiya), Sürix (İsveçrə), Singapur, Hong-Kong, San Paolo (Braziliya) şəhərləri bölüşür.

Dünyanın ən ucuz şəhəri isə 214-cü sırada Pakistandakı Kəraçi olub. Müqayisə, ən bahalı şəhər olan Anqola paytaxtı Luanda Kəraçidən 3 dəfə bahalıdır.

Təbii fəlakətlə, üsyanlar. inflyasiya, dünya valyutalarının dollara nisbətən möhkəmlənməsi və yanacağın qiymətlərinin bahalanması Yaşam qiymətlərinə təsir edən əsas amillər olub.

Hesabatı hazırlanmasına məsul olan Nathalie Constantin-Metral deyir ki, ümumilikdə Avropada ötən il boyu qiymətlər əsasən sabit qalıb. Şimali Amerikada neftin qiymətinin qalxması xərcləri bir az da artırıb. Amma Afrika başda olmaqla, digər regionlarda bahalaşma daha sürətlə getdiyindən, və dollara nisbətən yerli valyutalar daha möhkəmləndiyindən müqayisədə Şimali Amerika şəhərləri geridə qalıb.

Post-sovet məkanı

48-ci yerdəki Bakı post-sovet məkanının 3-cü ən bahalı şəhəri olub. Bakıdan daha bahalı şəhərlər Moskva (4) və Sank-Peterburqdur (29). Almata 80, Kiyev 94, Yerevan 167, Minsk 193, Aşqabat 206, Bişkek 210-cu yerdədir.

Avropa

Regionlar üzrə baxanda, Avropanın ən bahalı şəhəri yenə də Moskvadır (4). Dünya şəhərləri arasında ən bahalı onluğa İsveçrədən Cenevrə (5) və Sürix (7) düşüb. Avropanın digər bahalı şəhərləri Oslo 15, Bern 16, Kopenhagen 17, London 18, Milan 25 , Paris 27, Roma 34, Vyana 36-cı olub.

Yaxın Şərq

Yaxın Şərqin ən bahalı şəhəri 24-cü yerdəki Tel Aviv olub. Abu Dabi 67, Dubay 81-ci sırada yer alıb.

Afrika

Afrikanın 3 şəhəri ilk 20-liyə düşüb. Anqola Paytaxtı Luanda dünyanın ən bahalı şəhəri olarkən, Çad paytaxtı Ncamena 3-cü, Konqo paytaxtı Librevil isə 12-cı sırada qərarlaşıb.

Amerika

Amerika qitəsindəki ən bahalı şəhərlər Braziliyadakı Sao Paolo (10) və Rio de Janeiro (11) şəhərləridir. Braziliyanın yerli valyutası ötən dollara görə daha da bahalandığından şəhərlərdə yaşayış xərcləri də dollarla hesablamalarda kəskin artıb.

ABŞ şəhərlərində yaşam xərcləri il boyu neftin qiymətinə bağlı olaraq qalxsa da, ümumilikdə digər regionlarla müqayisədə bu artım nəzərə çarpmayıb. Amma ötən il boyu enerji qiymətlərindəki artıq mənzil kirayəsini artırıb.

ABŞ-ın ən bahalı şəhəri Nyu-York (32) olub. Los Angeles (77), Çikago və Vaqşinton 108-ci sırada yer alıb. ABŞ-ın ən ucuz şəhərləri Portlend (186) və Winston-Salem (197) olub.

Asiya və Okeaniya

Asiya və Sakit Okean hövzəsində ən bahalı şəhər Tokyo (2), Osaka (6), Honq-Konq (9), Naqoyya (11), Sidney (14), Seul (19), Pekin (20), Şanxay (21) və Melburn (21) olub.

Mercer hesabatı hazırlamaq üçün 214 şəhərdə təxminən 200 adda məhsul və xidmətlərin qiymətlərini araşdırıb.

Mercerin bahalı şəhərlər siyahısında ilk 50-lik

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG