Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:00
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Daxili İşlər naziri Ramil Usubova müraciət edib.

Bu barədə A. Paşazadə özü məlumat verib. Müraciət «Əjdərbəy» məscidinin yaxınlığındakı çadır maşınları ilə bağlıdır:

«Çoxları deyir ki, bu maşınlar, bu çadırlar Şeyxindir. Nazirliyə iki məktub yazmışam ki, bunları buradan qovsunlar, çıxarsınlar… Bilirsiniz, çox pis vəziyyət yaranıb. Çadıra 30-40 min manat verən adamlar var. Özü də bunlar kimlərdir? Ziyalılar, imkanı olan adamlar... Əlbəttə ki, bu, dövlətin siyasəti deyil. Dövlət də belə olmasını istəməz».

ZƏLİMXAN YAQUB: «YAS MƏRASİMLƏRİNDƏ BİRCƏ ARAQ ÇATMIR»

«Bugünkü yas və toy mərasimlərində ifratçılıq həddindən artıqdır. Bu isə İslama da ziddir. Yas mərasimlərindəki ehsanlarda bircə araq çatmır. Yasa gedirsən, bilmirsən toydur, yoxsa yas...»

Bunu xalq şairi Zəlimxan Yaqub Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən tədbirdə deyib. O, qəbir daşlarının dəbdəbəli olmasını da tənqid edib:

«Qəbiristanlığa gedəndə məlum olur ki, bircə telefon yoxdur, ölüylə danışasan. Toylarla bağlı da vəziyyət ürəkaçan deyil. Məsələn, gedirəm şadlıq sarayına ki, toy danışım. Deyirəm, mənə beş növ qida lazımdır. Orda deyirlər ki, yox e, beş növ olmaz, gərək əlli beş növ qida ola...».

Z. Yaqub QMİ sədrinə qarşı mətbuatda olan hücumlara isə kəskin reaksiya verib. /apa/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG