Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:54

2 aprel məhbuslarının bəzilərinin məhkəməsi başlayıb


2 aprel aksiyası
2 aprel aksiyası
İyulun 13-də İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan AXCP fəalları Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazlı, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrəfilovun məhkəməsi başlayıb. İşə Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov baxır.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Həmin gün Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayıb. 13 aksiyaçı həbs edilib, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə polis nəzarətinə verilib.

2 aprel aksiyasına görə tutulmuş AXCP fəalı Elnur Məcidli, YAP üzvü Ülvi Quliyev, müsavatçılar Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin istintaqı da yekunlaşıb. Hazırda müdafiə tərəfi istintaq materialları ilə tanış olur.

Vəkil Yalçın İmanov iyulun 13-də “Media forum” saytına açıqlamasında Əhəd Məmmədliyə açılan cinayət işinin xətm olunması və onun dərhal azadlığa buraxılması üçün vəsatətin təmin olunmamağından Bakı şəhər prokuroru Əziz Seyidova şikayət etdiyini bildirib.

Müsavatçılar Arif Hacılı, Tural Abbaslı, cəbhəçilər Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının işi üzrə isə istintaq tədbirləri davam etdirilir.
XS
SM
MD
LG