Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:51

Çörəyin qiyməti, mətbuata dövlət qayğısı, Nabranda istirahətin bir gecəsi və...


Mətbuat icmalı
Mətbuat icmalı
UNA VƏ TAXILA ƏDV TƏTBİQİNİN PƏRDƏARXASI

«Taxıl məhsullarına ƏDV-nin tətbiqi ilə bağlı hökumət tərəfindən qərarların mütəmadi dəyişməsi bu sahədə konkret strategiyanın olmamasını göstərir. Çünki idxal olunan taxıl məhsullarından dövlət büdcəsinə daxil olan vergilərin dəyərlə ifadəsi kifayət qədər kiçikdir. Yəni, büdcə gəlirlərinin 0.0001 faizini belə təşkil etmir. Belə halda taxıl məhsullarına ƏDV-nin tətbiqi dövlət büdcəsinin imkanlarının yaxşılaşdırılması kimi qiymətləndirilə bilməz».

«Bizim Yol» qəzeti iyulun 10-dan un və taxıla ƏDV-nin bərpa edilməsindən yazır. İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, ƏDV-nin tətbiqi taxıl mövsümü başa çatdıqdan sonra - payız aylarında ölkədə taxılı daha da bahalaşdıracaq:

«Praktiki bu verginin tətbiqi çörək istehsalına təsir edəcək. Hələlik çörəyin qiymətində artımlar olmasa da, qiymətdə gizli inflyasiya baş verəcək. Çörək məhsullarının çəkisi azaldılacaq. Sonrakı mərhələdə isə çörəyin qiymətinin yüksəldilməsi ehtimalları istisna edilmir…».

«MƏTBUATIMIZIN İNKİŞAFI HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR»

«Yeni Azərbaycan» qəzeti qeyd edir ki, 1969-cu ilin 14 iyulunda Heydər Əliyevin Azərbaycan KP MK-nin birinci katibi seçilməsi bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da təkan verdi:

«Heydər Əliyevin qoyduğu milli mətbuata dəstək və qayğını özündə ehtiva edən siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir... Azərbaycan mətbuatı hər zaman dövlətin qayğısını öz üzərində hiss edir…».

TURİZMİN İNKİŞAFI REGİONLARI ÇİÇƏKLƏNDİRƏ BİLƏR

«Yeni Müsavat» qəzeti yazır ki, bir nəfər xarici turistdən gələn gəlir 1 ton xam neftin satışından əldə olunan gəlirdən artıqdır. «Belə olduğu halda biz nədən tükənən sərvət olan neftlə bərabər gəlir gətirən və ən əsası tükənməz olan turizm sahəsinin inkişafında ləngiməliyik?», - deyə qəzet sual edir:

«Turizmin inkişafı üçün 3 əsas problem həll edilməlidir: Birincisi, bu sektorun dinamik inkişafı üçün peşəkar kadrların hazırlanmasına diqqət artırılmalıdır. İkincisi, turizm obyektlərində xidmət səviyyəsi modernləşməlidir. Üçüncüsü, ən böyük problem qiymətlərlə bağlıdır. Xidmət infrastrukturuna görə aşağı səviyyəli olan turizm obyektlərində qiymətlər fantastik həddə bahadır. Türkiyənin əsas turizm zonası olan Antalyada yol, yemək və hotel xərci də daxil olmaqla 7 günlük istirahət 700-800 dollara başa gəlirsə (bir günə 100-115 dollar), Nabranda təkcə oteldə gecələmə xərci 100 manatdır (125 dollar). Ona görə də Azərbaycana turist axınını təmin etmək hələ də mümkün olmayıb…».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG