Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:36

Qafqaz Müsəlmanları İdarəsində yas və toy mərasimləri müzakirəsi


İyunun 13-də Qafqaz Müsəlmanları İdarəsində yas və toy mərasimləri müzakirə olunub.

Müzakirə zamanı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının müraciəti oxunub. Müraciətdə deyilir ki, əksər halda toy və yas mərasimlərinin guya milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər, öz şəxsi mənafeləri naminə İslam dininin qayda və qanunlarını təhrif edirlər”.

APA-nın xəbərinə görə, QMİ sədrinin müavini Hacı Sabir Həsənlinin oxuduğu müraciətdə toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılması, dəbdəbəli qəbirüstü abidələrin ucaldılması məsələlərinə də toxunulub. Bildrilib ki, xüsusilə Ramazan ayında iftardan əvvəl məscidlərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur.

Müraciətdə Naxçıvan Muxtar Respublikasında son zamanlar yas mərasimlərindəki israfçılıq əleyhinə təşəbbüslər dəstəklənib, bildirilib ki, başqa bölgələrdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG