Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:19

Barak Obama da Bashar al-Assadin “legitimliyini itirdiyini” söylədi


ABŞ dövlət katibi Hillari Klintonun ardınca prezident Barak Obama da Suriya prezidenti Bashar al-Assadin "legitimliyini" itirdiyindən danışıb.

Barak Obama onun demokratik islahatlarla bağlı ümidləri puça çıxardığını deyib və istefa verməyə çağırıb.
Obama bu barədə CBS Newsa müsahibəsində deyib.

Bir neçə gün əvvəl Bashar al-Assad tərəfdarları Dəməşqdə Fransa və ABŞ səfirliklərinə hücum edib. BMT-nin Təhlükəsizlik Şurası bu hərəkəti kəskin pisləyib.
XS
SM
MD
LG