Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:38

Ermənistan hakimiyyəti müxalifətlə dialoq üçün nümayəndələr ayırdı


Ermənistan prezidenti Serj Sarkisyan və onun hakim Respublikaçılar Partiyası müxalifətlə dialoqa tam hazırdır.

Hakim partiya, eləcə də onunla koalisyon hökumət qurmuş Orinat Yerkir və “Çiçəklənən Ermənistan” partiyalarının hər biri bunun üçün iki nümayəndə ayırıb.

Onlar keçmiş prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Milli Konqresi ilə danışıqlar aparacaqlar.

Danışıqların gündəminə bütün siyasi məhbusların azad edilməsi ilə yanaşı ölkədə siyasi islahatların aparılması daxildir.
XS
SM
MD
LG