Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:56

Misir müxalifəti iyulun 12-də aksiyalarını davam etdirib


İyulun 12-də Misir paytaxtı Qahirənin Təhrir meydanına mindən çox müxalifətçi toplaşıb.

Onlar beşinci gündür ki dalbadal aksiya keçirərək baş nazir və ordunu ölkədə demokratik islahatlar aparmağa çağırırlar.

Etirazçılar baş nazirin nazirlər kabinetində dəyişiklik edəcəyi barədə vədini rədd ediblər. Onların fikrincə, hökumət yenidən qurulmalıdır.

Etirazçılar hazırkı keçid dövründə ölkəyə nəzarət edən ordunu da demokratik islahatları yubatmaqda günahlandırıblar.

Fevralı 11-də Misir prezidenti Mübarəkin istefası ilə nəticələnmiş kütləvi aksiyalar da Təhrir meydanında keçirilmişdi.
XS
SM
MD
LG