Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:51

Suriya Klintonu “böhranı qızışdırmaq”da suçlayır


Suriya ABŞ dövlət katibi Hillari Klintonu qızışdırıcılıqda ittiham edib.

Klinton bildirmişdi ki, prezident Bəşər Əsəd öz legitimliyini və hakimiyyətdə qalmaq haqqını itirib.

“Suriya ABŞ dövlət katibinin bəyanatını qəti şəkildə pisləyir və bunu Amerikanın Suriyanın daxili işlərinə qarışmasının təsdiqi kimi anlayır. Həmin bəyanat Suriyanın daxilindəki böhranı daha da qızışdırmağa yönəlib və Suriya xalqının maraqlarına uyğun deyil” – deyə Suriya Xarici İşlər Nazirliyi bildirib.
XS
SM
MD
LG