Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:56

Təyyarənin düşdüyü əraziyə getmək üçün plan hazırlanır


İyulun 6-da Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin cəsədlərinin götürülməsi üçün danışıqlar aparılır.

Azərbaycanın Pakistandakı səfirliyinin üçüncü katibi Çingiz Qəribli AzadlıqRadiosuna deyib ki, Azərbaycandan olan komissiya üzvləri danışıqları Əfqanıstan hökuməti və Beynəlxalq Koalisiya Qüvvələrinin nümayəndələri ilə aparır:

«Son məlumat belədir ki, bizim Əfqanıstandakı komissiya Əfqanıstan hökuməti və Beynəlxalq Koalisiya Qüvvələrinin nümayəndələri ilə danışıqlar aparır, iclaslar keçirir. Cəsədləri necə götürməklə bağlı plan üzərində fikir mübadiləsi aparılır. Bu iş Əfqanıstan hökumətindən, Beynəlxalq Koalisiya Qüvvələrindən asılıdır. Çünki bölgəyə birbaşa onlar nəzarət edirlər».

Azərbaycanın «Silk Way» aviaşirkətinə məxsus IL-76 yük təyyarəsi iyulun 6-da Bakı vaxtilə 02:10 radələrində Əfqanıstanın Baqram hava limanına enməyə hazırlaşarkən qəzaya uğrayıb. 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan 5-i Azərbaycan, 4-ü isə Özbəkistan vətəndaşıdır.
XS
SM
MD
LG