Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:26

Tikinti şirkətinə basqın edənlərin fotorobotu hazırlanıb


Bakıda tikinti şirkətinə basqın edən şəxslərin fotorobotu hazırlanıb. Bu barədə Nərimanov Rayon Polis İdarəsindən bildirilib.

Toplanmış ifadələrə əsasən, şirkətə basqın edən şəxslərin klassik geyimdə - kostyumda olublar. İstintaq sirri olduğundan hazırlanmış fotorobot hələlik yayımlanmır.

Artıq baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Naməlum şəxslər iyulun 11-də “Azər-Ross” MTK-nın ofisinə daxil olaraq şirkətin rəhbəri Əflatun Piriyev və şirkətin baş mühasibi Əmiraslan Əhmədovu güllələyiblər. Şirkətin rəhbəri aldığı güllə yarasından dünyasını dəyişib. Ə. Əhmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin motivi məlum deyil. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG