Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:33

H. Klinton: Suriya prezidenti öz legitimliyini itirib


Suriya prezidenti Bashar al-Assad öz legitimliyini itirib. ABŞ dövlət katibi Hillari Klinton dünən Avropa Birilyinin xarici siyasət idarəsinin rəsmisi Ketrin Eştonla məsləhətləşmələrdən sonra belə bir bəyanatı verib. Klionton həmçinin prezident Assad-ı xalqın etirazını yatırmaq üçün İranın hərbi yardımından istifadədə günahlandırıb.

Həmçinin prezident yönlü qüvvələrin dünən Dəməşqdə ABŞ və Fransa səfirliklərinə hücumlarını pisləyib.

İnsan hüquqları müdafiəçiləri bildirir ki, Suriyada mart ayından bəri davam edən etirazlarda azı 1400 dinc sakin öldürülüb. Suriyada avtoritar Assad rejiminin əleyhinə etirazlar davam etməkdədir.
XS
SM
MD
LG