Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:30

Rusiyada matəm günüdür


İyulun 12-i Rusiyada Volqa çayında həlak olanlarla bağlı matəm günü elan olunub.

Bazar günü 208 sərnişini olan gəmi Tatarıstan paytaxtı Kazan yaxınlığında batıb. Onlardan səksən nəfərini xilas etmək mümkün olub. Gəmidəkilərin 60-a yaxını uşaqlar olub.

Dünən Fövqəladə Hallar naziri Sergey Şoyqu prezident Dmitri Medvedevə deyib ki, sağ qalanların tapılması ümidi azdır. Medvedev isə öz növbəsində qeyd edib ki, təhlükəsizlik qaydalarına riayət olunsaydı gəmi batmazdı.

Qəzanın mümkün səbəbləri arasında pis hava şəraiti, mexaniki nasazlıq və həddindən artıq yüklənmə göstərilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG