Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:50

Nikolya Sarkozi Əfqanıstana gedib


Fransa prezidenti Nikolya Sarkozi Əfqanıstana gözlənilmədən səfər edib.

Səfərin qısa çəkəcəyi bildirilir. Onun Əfqanıstanın təhlükəsizliyinə dəstək verən beynəlxalq qüvvələrin hərbçiləri ilə görüşəcəyi gözlənilir.

Sarkozinin Kabilin şimal-şərqində Kapisa regionda hərbi bazaya gedəcəyi də bildirilir.

Fransa prezidentinin səfərindən əvvəl ABŞ Müdafiə naziri Leon Panetta Əfqanıstanda səfərdə olub. Ötən ay Fransa və ABŞ rəsmiləri Talibana qarşı əməliyyat aparan hərbçilərini bu ölkədən gözlənildiyindən daha tez çıxaracaqlarını bildiriblər.
XS
SM
MD
LG