Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:58

"Amnesty İnternational"ın yeni televiziyası - satira!




Lap qədimdən şahların, kralların, bir sözlə hakimi mütləq hökmdarların ən çox qorxduğu silah gülüş olub.

Çünki onların saxta obrazını satira qədər darmadağın edən, insanlarda hökmdar xofunu dağıdan ikinci bir silah olmayıb.

13-cü əsrin dahi italyan şairi Aligeri Dante öz “İlahi komediya”sında hətta Roma papasını cəhənnəmə “yerləşdirmişdi”.

Dünyanın ən nüfuzlu insan haqlarını müdafiə təşkilatlarından biri – “Amnesty İnternational” 50 illiyini qeyd edir. Bu münasibətlə təşkilat iyulun 15-dən yeni bir layihəyə start verir.

Təşkilat on-line televiziya proqramı hazırlayacaq. Proqramda insan haqlarının tez-tez pozulduğu ölkələrdəki hadisələrdən satirik üslubda danışılacaq.

GƏNCLƏRİ SƏFƏRBƏR ETMƏK...

Amma proqramda tam ciddi reportajlar, insan haqlarını müdafiə kampaniyaları haqda məlumatlar, tanınmış dissidentlərin müraciətləri də yer alacaq.

Bir sözlə “Amnesty İnternational” insan haqlarının müdafiəsi işini yeni medianın imkanları hesabına daha da gücləndirmək, ciddi xəbərlərə satira, əyləncə elementi də qatmaqla gənc fəalların da diqqətini cəlb etmək istəyir.

15 dəqiqəlik veriliş iki həftədən bir İnternetdə - təşkilatın saytından və Youtube-dakı səhifəsində və sosial şəbəkələrə yayınlacaq.

“The Inbetweeners, Starsuckers and Newswipe”in prodüsserliyi ilə hazırlanan TV proqramın ilk buraxılışında Myanmarın müxalifət lideri, tanınmış dissident Aung San
Aung San Suu Kyi

Suu Kyi-nin çıxışı da olacaq. Bu çıxış “Amnesty İnternational”ın yaradılmasının 50 illiyinə həsr edilib.

Bundan başqa, verilişdə İnternetdəki pulsuz ensiklopediyanın - Wikipedia-nın yaradıcısı Jimmy Wales-in bir qrup şagirdə dediyi mühazirədən görüntülər olacaq.

Wales onlara Çindəki senzura haqqında danışır. O, deyib ki, yeni TV proqramı və onun mövzularını mühüm sayır:

“Mən “Amnesty İnternational”a minnətdaram ki, şagirdlərə belə bir mühazirə deməyimi təşkil etdi. Avtoritar rejimlər İnterneti bağlaya bilməzlər. Çünki bu, müasir həyatın çox mühüm bir hissəsinə çevrilib. Nə qədər ki mövcuddur, İnternet yenə də insanlar üçün danışmaq, müzakirə etmək imkanı yaradacaq”.

"Amnesty International”ın nümayəndəsi Andy Hackman isə TV layihəsinin başlanması münasibətilə deyib:

“Amnesty International”ın məqsədi insanların bir-biri ilə ünsiyyətinə şərait yaratmaq, onları birliyin dəyişikliklərə nail olmaq üçün real vasitə olduğuna inandırmaqdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG