Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:22

ABŞ müflislik təhlükəslziylə üz-üzə


ABŞ prezidenti Barack Obama büdcə kəsiri məsələsini həll eləmək Respublikaçılar və Demokratlar arasında danışıqları sıxlaşdırmağa çağırıb. Obamanın iyulun 11-də məsələylə bağlı xüsusi mətbuat konfransı keçirəcək.

Respublikaçıların Konqressdəki lideri John Boehner deyib ki, borc limitini qaldırmaq üçün büdcə ixtisarları daha çox olmalıdır, üstəlik vergilərin artırılmasından söhbət gedə bilməz.

Avqustun 2-ə qədər daxili borclanma limitinin qaldırılmasıyla bağlı razılıq əldə edilməsə, ABŞ tarixində ilk dəfə maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək, müflislik təhlükəsiylə üzləşəcək.
XS
SM
MD
LG