Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:08

3 Yol Polisi əməkdaşı işdən qovulub


Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub, 1 nəfərə isə «şiddətli töhmət» elan edilib.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

İşdən çıxarılan polislər polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol veriblər.

Bundan bir müddət əvvəl də bir neçə Yol Polisi əməkdaşı işini itirməli olmuşdu. DİN onların vəzifə səlahiyyətlərini yerinə yetirmədiyini və korrupsiya hüquqpozmasına yol verdiyini bildirmişdi.
XS
SM
MD
LG