Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:49

Volqa çayında bata gəmidə 100-dən çox adam ölüb


Bazar günü Volqa çayında batan gəmidən artıq kimisə sağ xilas etməyə ümid yoxdur. Rusiyanın Fövqəladə Hallar Naziri Sergei Shoigu iyulun 11-də belə deyib.

208 sərnişini olan gəmi Bazar günü Tatarstan paytaxtı Kazan yaxınlığında batıb. Onlardan 80-ini qurtarmaq mümkün olub. Sudan 13 cəsəd də çıxarılıb. Aralarında 50 uşaq olan 100-dən çox cəsəd isə hələ də batmış gəmidədirlər.

Qəzanın mümkün səbəbləri arasında pis hava şəraiti, mexaniki nasazlıq və həddindən artıq yüklənmə göstərilir.

Rusiya prezidenti Dmitriy Medvedev deyib ki,

Aydındır ki., əgər bütün təhlükəsizlik və tenixki qaydalara əməl olunsaydı, hətta bu cür pis hava şəraitində belə bu qəza baş verməzdi. Hadisənin baş vermə səbəbləri və sahibinin niyə bu cür texniki vəziyyətdə olan gəmini istismar etməsi də ciddi araşdırılmalıdır.

İylun 12-də faciəylə bağlı Rusiyada matəm günü élan edilib.
XS
SM
MD
LG