Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:47

Qarpız və yemiş üzrə məhsuldarlıq yüksək həddə çatıb, təklif tələbi üstələyib


Azərbaycanın Mil-Muğan bölgəsində əkilən qarpız və yemişin məhsuldarlığı yüksək həddə çatıb, təklif tələbi üstələyib.

Bu barədə «APA»ya Sabirabad, Saatlı və İmişli kənd sakinləri məlumat verib.

Onlar deyir ki, orta hesabla hər bir təsərrüfat subyekti 80-100 tona yaxın məhsul əldə edib. Alıcıları qiymətlər qane etsə də, məhsulu becərən kəndliləri qiymətlər qane etmir. Bazarda bu bostan məhsullarının satış qiymətləri daşınmaya, əkilib-becərməyə və gübrəyə çəkilən xərcləri ödəmir.

Hazırda rayon bazarlarında qarpızın qiyməti 10-15 qəpik, yemiş isə 15-20 qəpiyə satılır.

Sahələrdə qarpız 3-5 qəpik, yemiş 10 qəpikdən də ucuzdur.
XS
SM
MD
LG