Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:08

Jurnalistlər Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçiriblər


Jurnalistlərin aksiyası
Jurnalistlərin aksiyası
İyulun 11-də Gürcüstanda bəzi media təmsilçiləri Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçiriblər.

AzadlıqRadiosunun Gürcüstan müxbiri xəbər verir ki, jurnalistlər bu yaxınlarda həbs olunan fotoqrafların saxlanmasının əsas səbəbləri barədə ictimaiyyətə məlumat verilməsini tələb edirlər.

Bundan qabaq Gürcüstan rəhbərliyi bildirib ki, fotoqrafların həbsinin detalları ictimaiyyətə açıqlanmayacaq və məhkəmə də qapalı keçiriləcək.

Aksiyaçı jurnalistlər isə hesab edir ki, fotoqrafların saxlanmasına səbəb onların müxalifətin keçirdiyi aksiyalardan polis zorakılığına dair şəkillər çəkib yaymaları olub. Onlar tələb edirlər ki, ya ölkə rəhbərliyi fotoqrafların həbsinin həqiqi motivləri barədə məlumat versin, ya da onların casusluğunu sübut edən foto və sxemləri açıqlasın.

Gürcüstan hökuməti həbs olunan fotoqrafları xarici ölkəyə casusluq etməkdə suçlandırıb. Həbs olunanlar arasında prezident Mixeil Saakaşvilinin fotoqrafı da var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG