Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:56

Əhəd Məmmədlinin buraxılması üçün verilən vəsatət təmin edilmədi


İctimai Palatanın 2 aprel aksiyasında tutulan Müsavat fəalı Əhəd Məmmədliyə açılan cinayət işinin xətm olunması üçün Bakı şəhər Prokurorluğuna verilən vəsatət təmin edilməyib.

Bakı şəhər Prokurorluğunda yaradılmış istintaq qrupu Ə. Məmmədlinin istintaqını iyulun 1-də yekunlaşdırıb. Ə. Məmmədli Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

Vəkil Yalçın İmanov bildirib ki, Bakı şəhər prokurorunun birinci müavini, istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev iyulun 7-də təqdim edilmiş vəsatətin rədd olunmasına qərar verib:

«Vəsatət heç bir hüququ əsas göstərilmədən rədd olunub».

Vəkil qərardan Bakı şəhər prokuroru Əziz Seyidova şikayət verəcəyini qeyd edib. / Media Forum/

Günün bütün mövzuları

XS
SM
MD
LG