Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:13
MÜASİR AZƏRBAYCANDA QULDARLIQ QURULUŞU?

«Yeni Müsavat» qəzeti İctimai Palatanın üzvü Vidadi Mirkamalla «İqtidar bizi quldarlıq dövrünə qaytarıb» sərlövhəli müsahibə dərc edib. Əvvəllər İqtisad Məhkəməsinin sədr müavini işləyən V.Mirkamal Azərbaycanı Roma quldarlıq dövrü ilə müqayisə edib, ərəb inqilablarına toxunub:

«Biz də hesab edirdik ki, ərəblər inqilabçı xalq deyillər, onlarda inqilabi əhval-ruhiyyə yoxdur, müxalifət mövcud deyil. Ancaq görün nələr baş verdi. Müəyyən dövrdən sonra insanların dözüm limiti tükənir və ayağa qalxırlar. Vaxtilə Suriyada bir nəfərin burnu qanayanda, çoxları qorxuya düşürdüsə, indi artıq insanlar bu ölkədə ölümə gedirlər, hər gün onlarla insan həlak olur, etirazlar səngimir. Bax belə vəziyyətin olmasını mən Azərbaycanda arzulamıram. Belə vəziyyətin yaranması Azərbaycanı çox geri ata bilər. Mən demirəm ki, bu dəqiqə hakimiyyəti müxalifətə versinlər. Dediyim odur ki, siz hakimiyyətdəsiniz, üzərinizə düşəni edin, ölkəni normal idarə edin, iş yerləri yaradın ki, insanlar yaşaya bilsin, ölkəni tərk eləməsin. On illərlə çörəyi kəsilən, məhrumiyyətlərə düçar edilən insanlara sabah kim cavab verəcək? Biz ölkədə qisasçılığın olmasını istəmirik…».

LALƏ ŞÖVKƏT: «GÜRCÜSTANA BAXIN!..»

«Azadlıq» qəzetinin 10-11 iyul tarixli sayındakı müsahibəsində Liberal Partiyasının lideri Lalə Şövkət «İslahat olmasa, ölkə inqilabla dəyişəcək» deyir. O, Azərbaycanı Gürcüstanla müqayisə edir, bildirir ki, Gürcüstan qısa zaman kəsiyində korrupsiya ilə mübarizə modelini ortaya qoydu:

«Azərbaycanda bu gün büdcə işçilərinin maaşları və pensiyaları dilənçi payından başqa ayrı sözlə adlandırıla bilməz. 200 manat civarında olan həkimlərin, müəllimlərin aylıq maaşı ilə necə ailə saxlamaq olar? İlk növbədə bu məsələlər həll olunmalıdır. Azərbaycanın neftdən olan gəlirlərini yeyib hansısa lazımsız tikinti layihələri yolu ilə talan etməsələr, maaşları 500-600 manata, pensiyaları da 300 manata tez bir halda qaldırmaq mümkündür. Yalnız bundan sonra «rüşvət almayın» demək olar. Lakin Azərbaycanda vüsət almış korrupsiya məhz iri oliqarxların talançılığının nəticəsidir.

Məsələn, Gürcüstana baxın. Saakaşvili siyasi iradə ortaya qoyaraq köklü islahatlara getdi və qıssa bir zamanda korrupsiyanın kökünü kəsdi. Ən azı adi insanlar bu gün orada korrupsiyadan qurtulublar…».

GƏNCLƏR HAQQINDA DÖVLƏT PROQRAMININ VƏDLƏRİ

«Azərbaycan» qəzeti isə son sayında «Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı»na yer ayırıb.

Müəllif hesab edir ki, həmin Dövlət Proqramının icrası nəticəsində gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib, müəyyən uğurlar əldə olunub:

«Gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə onların iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələr təşkil ediləcək, istedadlı gənclər və gənc alimlər barəsində məlumat bankı yaradılacaq. İstedadlı gənclərin problemlərinin öyrənilməsi məqsədilə onların ikinci respublika toplantısı keçiriləcək və s…».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG