Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:07

Süleyman Rüstəm. Ehtiyac


Yenə də cənubdan şimala gələn
Nə dost, nə qardaş var, nə bir bacı var.
Zindanlı, zindansız kəslərin belə
Başında qar kimi dümağ saçı var.

Bədnam fərmanlara qol çəkənlərin,
Nəşəni xəlvəti bol çəkənlərin,
Qəmli zindanlara yol çəkənlərin
Başda əmmamətək qanlı tacı var.

Bircə şad xəbərə möhtac könlümün,
Amansız hicranla hey qaç könlümün
Qardaş həsrətilə bu ac könlümün
Ömürlük vüsala ehtiyacı var!

21 aprel 1984

Günün bütün mövzuları

XS
SM
MD
LG