Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:00

Süleyman Rüstəm. Vəfalı qalıb


Yenə könlüm quşu xəyala dalıb,
Başımın üstünü dumanlar alıb.

Yarı yolda Araz kəsib yolumu,
Məni min dərdə, min bəlaya salıb.

Sevgilimdən uzaq düşüb könlüm,
Bilsin aləm, qanım yaman qaralıb.

Gecələr yatmıram sabaha qədər,
Məni əqrəbmi, ya ilanmı çalıb!

Qan çəkib yol çəkən gözüm, heyhat,
Uzun illər ötüb, yaşım çoxalıb.

Xeyli var ki, vüsal küsüb məndən,
Mənə bir ayrılıq vəfalı qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG