Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

Yəməndə əl qaidəçilərlə yerli sakinlər toqquşub


Yəmənin Abian əyalətindəki Lodar və Mudiya şəhərlərində yerli qəbilə üzvlərilə əl Qaidə yaraqlıları arasında toqquşma olub.

Associated Press agentliyi 1 yaraqlının öldüyünü, 4 yerli sakininsə yaralandığını xəbər verir.

Hazırda əyalətin paytaxtı Zincibar və Caap şəhəri radikal islamçıların əlindədir.

Taiz şəhərində isə hökumət qoşunları müxalifətin əsas dayaq nöqtəsi olan Al-Rayda rayonunu atəşə tutub.

Nəticədə 2 dinc sakin ölüb, 10 adamsa yaralanıb.

Fevraldan bu yana ölkədə prezident Ali Abdullah Salehin istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG