Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:03

Yəmən prezidenti ölkəyə dönəcəyini deyir


Yəmən prezidenti Ali Abdullah Saleh iyulun 17-də ölkəyə dönməyi planlaşdırır.

Bu barədə bazar günü Əl Ərəbiyyə televiziya kanalı naməlum mənbələrə istinadla xəbər verib.

İyulun 17-i onun 33 illik hakimiyyətinin növbəti ildönümüdür.

Saleh hazırda Səudiyyə Ərəbistanında müalicə olunur.

O iyunun əvvəllərində iqamətgahı atəşə tutularkən xəsarət almışdı.

Ali Abdullah Saleh cümə axşamı televiziya ilə xalqa müraciətində müxalifəti qanun çərçivəsində dialoqa çağırıb.

Fevraldan bu yana Yəməndə prezidentin istefası tələbilə kütləvi nümayişlər keçirilir.
XS
SM
MD
LG