Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:00

Bu gün ali məktəblərə I qrup üzrə qəbul imtahanı keçirilir


Bu gün ali məktəblərə I qrup üzrə qəbul imtahanı keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytında verilən məlumata görə, I qrup üzrə 33 mindən çox abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 31 minə yaxını Azərbaycan, 2500-dən çoxu isə rus bölməsinin məzunudur.

Abituriyentlərin 20 minə yaxını oğlan, 14 minə yaxını qızdır.

Abituryentlərin əksəriyyəti Bakıda (24 mindən çox) şəhərində imtahan verir.

Naxçıvanda imtahan verənlərin sayı 1300-dən çox, Gəncədə 4 minə yaxın, Sumqayıtda isə 4 mindən çoxdur.

Ən gənc abituryentin 15, ən yaşlısının 55 yaşı var.

Növbəti qəbul imtahanı 4-cü qrup üzrə iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil ediləcək.
XS
SM
MD
LG