Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:50

Qocalar evində baş vermiş yanğında 16 adam ölüb


Ukrauna hökuməti Rovnensk vilayətindəki qocalar evində baş vermiş yanğının səbəbini araşdırmaq üçün xüsusi komissiya yaradıb.

Bazar gününə keçən gecə Beloe kəndində baş vermiş yanğında 16 nəfər ölüb, 11 adamsa müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya götürülüb.

Ukraynanın baş naziri Nikolay Azarov ölənlərin yaxınlarına başsağlığı verib.

Yanğın bir neçə saata söndürülüb.

İlkin versiyaya görə yanğına səbəb alovla ehtiyatsız davranma olub.
XS
SM
MD
LG