Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:06

Əfqanıstanlı kəşfiyyatçı 2 NATO əsgərini öldürüb


Əfqanıstan kəşfiyyat xidmətinin əməkdaşı atəş açaraq 2 koalisiya əsgərini öldürüb, birini isə yaralayıb.

Yaralı əsgər isə atəş açaraq hücum edəni öldürüb.

Hadisə NATO-nun Pəncşer əyalətindəki hərbi bazasında baş verib.

Polisin məlumatına görə o tapancadan atəş açıb.

Əsgərlər əyalətdə aparılan bərpa işləriylə məşğul imişlər.

NATO komandanlığı məlumatı təsdiqləyib.
XS
SM
MD
LG