Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:01

İyulun 10-da 1-ci qrup üzrə qəbul imtahanı keçiriləcək


TQDK-nın məlumatında deyilir ki, 2011-ci ildə 1-ci qrup üzrə 33 587 abituriyent ərizə verib.

Abituriyentlərin 19 825 nəfərini oğlanlar, 13 762 nəfərini isə qızlar təşkil edir.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 128 abituriyent xarici ölkə vətəndaşıdır. 127 abituriyent ali təhsillidir və 1-ci ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

Ən yaşlı abituriyentin 53, ən gəncin isə 15 yaşı var.

Saat 11:00-da başlayacaq və 3 saat davam edəcək imtahan 4 şəhərdə - Bakıda, Naxçıvanda, Gəncədə və Sumqayıtda keçiriləcək.
XS
SM
MD
LG