Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:19

Moskvada Qarabağ münaqişəsi müzakirə olunub


İyulun 9-da Rusiyanın Xarici İşlər nazirinin müavini Qriqori Karasin Moskvada ABŞ-ın Rusiyadakı keçmiş səfiri, Karneqi Fondunun vitse-prezidenti Ceyms Kollinzlə görüşüb. Onlar Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsi məlumat verir.

Məlumatda deyilir ki, Karasin təhlükəsizlik sahəsində Avroatlantik Təşəbbüsləri Komissiyasının üzvlərini və ekspertlərini qəbul edib.

Görüş zamanı Dağlıq Qarabağ və Dnestryanı ətrafında nizamlanmamış münaqişələr, o cümlədən Cənubi Qafqazdakı ümumi vəziyyət müzakirə olunub.
XS
SM
MD
LG