Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:23

Rəsmi Bakı Rusiya prezidentinin təklifini öyrənir


Rəsmi Bakı Dağlıq Qarabağla bağlı Rusiya prezidentinin təklifini öyrənir.
Bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Biz Prezident Medvedevin təklifini diqqətlə öyrənirik və onunla tam tanış olduqdan sonra cavab verəcəyik”.

Trendin məlumatına görə, Elmar Məmmədyarov bir daha Ermənistanı Dağlıq Qarabağ münaqişəsində PR-la (Piar) yox, ciddi şəkildə bu problemin həlliylə məşğul olmağa çağırıb.

Rusiya Prezidenti Dmitri Medvedev Kazan görüşünün yekunlarıyla bağlı tərəflərə münaqişənin həllinin görüntüləri barədə təklif hazırlayıb.

Məktubu dünən Bakıda səfərdə olan Rusiyanın Xarici işlər naziri Sergey Lavrov president İlham Əliyevə təqdim edib.
XS
SM
MD
LG