Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:13

ABŞ-ın keçmiş 1-ci xanımı Betty Ford vəfat edib


Birləşmiş Ştatların keçmiş 1-ci xanımı Betty Ford 93 yaşında Kaliforniyada vəfat edib.

Betty 58 il keçmiş ABŞ prezidenti Gerald Fordun ömür yoldaşı olub.

1974-1977-ci illərdə prezident olmuş Fordun özü isə 2006-cı ildə vəfat edib.

Betty Ford döş xərçənginə qarşı kompaniya və qadın hüquqları uğrunda mübarizə aparan tanınmış fəallardan olub.

1982-ci ildə isə narkomaniya və sərxoşluqdan müalicə olunmaq üçün xüsusi tibbi mərkəz açıb.
XS
SM
MD
LG