Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:36

ABŞ Suriya səfirini Dövlət Departamentinə çağırıb


Birləşmiş Ştatlar Suriyalı diplomatların Nyu-Yorkda Suriya rejiminə qarşı keçirilən dinc aksiyalardan video və fotogörüntülər almalarından narahatdır.

Suriyanın Birləşmiş Ştatlardakı səfiri İmad Mustafa (İmad Mustapha) buna görə Dövlət Departamentinə çağrılıb.

Suriyanın hakim dairələri bundan əvvəl Birləşmiş Ştatları ölkənin daxili işlərinə qarşımaqda ittiham edib.

Birləşmiş Ştatların Suriyadakı səfiri Robert Ford kütləvi etiraz aksiyalarının keçirildiyi
Hama şəhərinə gedərək müxalifət nümayəndələrilə görüşüb.

Hüquq müdafiəçiləri cümə günü bütün ölkə boyu prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirildiyini deyirlər.
XS
SM
MD
LG