Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:49

Bakıda «Azercell» şirkətinin əməkdaşlarına silahlı basqın olub


Polis hadisəni törədən şəxsləri axtarır

Polis hadisəni törədən şəxsləri axtarır

Bu barədə «APA»ya Nərimanov rayon Polis İdarəsindən məlumat verilib. Hadisə rayonun Atatürk prospektində qeydə alınıb.

«Azercell»in əməkdaşları Namiq HüseynovBayram Bayramov şirkətin Nərimanov rayonundakı ofisindən çıxaraq özlərinə məxsus «VAZ-2107» markalı avtomobillə Atatürk prospekti ilə hərəkət ediblər. Şirkətdən çıxarkən onların üzərində 34 min manat olub. Onlar həmin pulu banka aparırmış.

İşıqforda avtomobili saxlayarkən naməlum avtomobildən düşən bir neçə şəxs N. Hüseynov və B. Bayramova tapança ilə basqın ediblər. Basqınçıların əlində odlu silahdan başqa qaz balonu və soyuq silah da olub. Naməlum şəxslər N. Hüseynov və B. Bayramova kəsici alətlə xəsarət yetirib, onların əlindəki pulu alaraq hadisə yerindən qaçıblar.

Hazırda polis hadisəni törədən şəxsləri axtarır.

Günün bütün mövzuları

XS
SM
MD
LG