Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:29

Avropa Məhkəməsi əqidəsinə görə hərbi xidmətdən imtinanı haqlı bildi


Ruaiyada "Yəhova şahidləri" ibadət edirlər.
Ruaiyada "Yəhova şahidləri" ibadət edirlər.

İyulun 7-də Avropa Məhkəməsi Ermənistan vətəndaşı, "Yəhova şahidləri" dini icmasının üzvü Vahan Bayatyanın xeyrinə qərar verib. Vahan Bayatyan 2003-cü ildə etiqadına görə hərbi xidmətdən imtina elədiyi üçün 2 il yarım müddətinə həbs olunub.

Avropa Məhkəməsinin qərarına görə, dövlətlər fikir azadlığı, vicdan və dini hüquqların tərkib hissəsi kimi etiqada görə hərbi xidmətə etiraz hüququnu da tanımalıdır.

Yalnız Azərbaycan və Türkiyə dini etiqada görə hərbi xidmətə etiraz hüququnu tanımır


“Amnesty İnternational”ın direktoru Michael Bochenek bildirib ki, Avropa ölkələrindən yalnız Azərbaycan və Türkiyə bu hüququ tanımır, indi gərək dərhal bu yöndə fəaliyyətə başlasınlar. Onun sözlərinə görə, bu günkü qərar əqidə etirazına beynəlxalq yanaşmanı aydın göstərib.

Vahan Bayatyan 2001-ci ildə hərbi xidmətə çağırılarkən əsgərliyə getməkdən imtina edib. Buna görə o, Vahana il yarım həbs cəzası verilib. 2003-cü ildə isə prokurorun müraciəti əsasında cəzası bir il də artırılıb. Səbəb də olub ki, Vanyanın əqidəsinə görə hərbi xidmətdən boyun qaçırması “əsassız və təhlükəlidir”.

Vanyan Bayatyan 2003-cü ilin iyulunda cəzasını çəkib qurtarandan sonra azadlığa buraxılıb və elə həmin ay da Avropa Məhkəməsinə müraciət edib.

Ermənistan öhdəlik götürüb ki...

Ermənistan Avropa Şurasına sonra – 2003-cü ildə Alternativ Xidmət Aktını qəbul edib. Ölkə öhdəlik götürüb ki, 3 il ərzində müvafiq qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdıracaq, hərbi xidmətdən boyun qaçırmasına görə həbs olunanları bağışlayacaq, arzu edənləri silahlı olmayan hərbidə və ya Mülki Alternativ Xidmətdə əsgəri borcunu ödəməyə yönəldəcək.

Ermənistan bu aktı qəbul etsə də, heç vaxt Bayatyana ondan yararlanmağa imkan verilməyib.

“Yəhova şahidləri” isə bu Mülki Alternativ Xidməti də qəbul eləmirlər. Onlar hesab edirlər ki, bu, təbiət etibarilə tam vətəndaş xidməti demək deyil. Onların əqidəsi ümumiyyətlə hərbi paltar geyinməyi rədd edir.

Son 4 ildə Ermənistanda “Yəhova şahidləri” dini icmasının 80-dən çox üzvü bu Mülki Alternativ Xidmətə qarşı etiraz etdiyi üçün həbs olunub.

Azərbaycanda isə xristianlığın protestant mənsəbinə mənsub olan “Yəhova şahidləri” ümumiyyətlə dövlət qeydiyyatına alınmır. Buna görə beynəlxalq təşkilatların hesabatlarında Bakı tənqid edilir. Rəsmilər icmanın qeydiyyatından imtina olunmasına bir izah vermirlər. Amma müstəqil ekspertlər hesab edirlər ki, bu, daha çox onların hərbi xidmətdən imtina etmələri ilə bağlıdır.
XS
SM
MD
LG