Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:57

Suriyada 10 minlərlə adam yenə küçələrə çıxıb


10 minlərlə Suriyalı bu gün əllərində zeytun budaqları ilə Hama şəhərində aksiya keçirib, president Bashar Assadin istefasını tələb ediblər.

Bir həftə əvvəl burda 300 minə yaxın adam eyni tələblə yürüş eləmişdi. Bundan sonra isə hökumət qonuşları şəhəri mühasirəyə alıb, həbslərə başlamışdılar.

Suriya hökuməti isə Hama şəhərinə gəlib, etirazçılarla görüşdüyü üçün ABŞ səfirini daxili işlərinə qarışmaqda ittiham edib.

Ümumilikdə Suriyada fevral ayından Assad rejiminin istefası tələbiylə aksiyalar başlayandan 2 minə yaxın adam həlak olub.
XS
SM
MD
LG