Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:20

Misirdə köhnə rejimin cəzalandırılması tələbiylə etirazlar keçirilir


Minlərlə misirli iyulun 8-də küçələrə çıxıb eks-prezident Hüsnü Mübarək rejiminin qurbanları həqiqi ədalət mühakiməsi tələb edirlər.

Nümayişçilər həmçinin müvəqqəti hakimiyyəti təhvil alan ordu rəhbərliyindən demokratiyaya keçidlə bağlı konkret planı açıqlamalarını da istəyirlər.

Son həftələrdə keçirilən bu cür nümayişlər bəzən toqquşmalarla nəticələnir. Hakimiyyəti ələ alan ordu rəhbərliyinin hələ də etirazçılara atəş açan və divan tutan köhnə rejim təmsilçilərini mühakimə etməməsi etirazlaçıları daha da qəzəbləndirir.
XS
SM
MD
LG