Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:30

Maliyyə böhranı Avropada intiharların sayını artırıb


Tədqiqatlara görə, 2007-2009-cu illər ərzində Avropada intiharların sayı artıb. Səbəb kimi maliyyə böhranı zamanı işsizliyin artması və gəlirlərin azalması göstərilir.

London Gigiyena və Trofik Məktəbinin və Kaliforniyanın San-Fransisko Universitetinin əməkdaşlarının "Iancet" jurnalında dərc etdirdiyi analitik məqalədə deyilir ki, "maliyyə böhranı sağlamlığa ciddi təsir edir".

Tədqiqat 10 ölkədə - Avstriya, Britaniya, Finlandiya, Yunanıstan, İrlandiya, Niderland, Çexiya Respublikası, Macarıstan, Latviya və Rumıniyada aparılıb.

Yalnız Avstriyada 2007-ci ildən 2009-cu ilə qədər intiharların sayı 5 faizdən az artıb. Digər ölkələrdə isə intiharların azı 5 faiz artdığı müşahidə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG