Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:15

Məleykə Abbaszadə: “III qrup üzrə ali məktəblərdə 1000 yer boş qala bilərdi”


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali məktəblərin III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün minimal keçid ballarının aşağı salınmasının səbəblərinə aydınlıq gətirib.

APA-nın məlumatına görə, TQDK sədri deyib ki, iyulun 3-də keçirilən imtahanda iştirak edən III ixtisas qrupu abituriyentlərinin müsabiqədə iştirak üçün minimal balı 300-dən 250-yə endirilməsəydi, ali məktəblərdə təxminən 1000 plan yeri boş qalacaqdı: “Builki abituriyentlərin 40 faizindən çoxu əvvəlki illərin məzunlarıdır. Onlardan bəziləri hərbi xidmətdən qayıdan oğlanlardır, bəziləri ailə qurmuş qızlardır. Biz onlara da öz hesablarına ali təhsil almaq imkanı yaratdıq. 250 bal elə də aşağı bal deyil. Ödənişli ixtisaslarda müsabiqə vəziyyətinin yaranması üçün bu addımı atdıq”.

TQDK sədri bildirib ki, bu il dövlət sifarişli yerlər üzrə tələblər əvvəlki kimi yüksək olaraq qalıb: “Bizim məqsədimiz o deyil ki, ali məktəbləri boş saxlayaq. Biz istəyirik ki, uşaqlar ali məktəblərdə oxusun. Dövlət sifarişli ixtisaslar üzrə tələblər olduğu kimi qalıb. Bu ixtisaslar üzrə keçirilən müsabiqədə iştirak üçün yenə də 350 bal tələb olunur. Bununla yanaşı, bütün imtahan fənləri üzrə abituriyentlər 10 faiz nəticə göstərməlidirlər”.
XS
SM
MD
LG