Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:21
LAVROV MEDVEDEVİN MƏKTUBUNU BAKIYA GƏTİRİR

«Yeni Müsavat» qəzeti Dmitri Medvedevin İlham Əliyevə və Serj Sarkisyana rəsmi məktubuna bir səhifə ayırıb. Qəzeti bu sual maraqlandırır: Medvedev məktubu niyə nazirlə göndərir?

«İndiki halda Medvedevin Əliyev və Sarkisyana yazdığı məktubun çatdırılmasını şəxsən xarici işlər nazirinə həvalə etməsi onun məsələyə nə dərəcədə xüsusi önəm verdiyini nümayiş etdirmək istədiyini göstərir».

Qəzet davam etdirir:

«Görünür, bu dəfə Medvedev Kazan görüşündə yaşananların təkrarlanmayacağına əmin olmaq istəyir. O, xarici işlər naziri S.Lavrovu Bakıya və Yerevana göndərməklə kifayətlənməyib. Eyni zamanda Ermənistan və Azərbaycan xarici işlər nazirləri də Moskvaya çağırılıb. Edvard Nalbandyan Moskva səfərini iyulun 6-da başa vurub. S.Lavrov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə iş ən yaxın vaxtlarda davam etdiriləcək».

FERMERLƏR MÜFLİSLƏŞƏ BİLƏR

«Bizim yol» qəzeti bu ehtimal haqqında yazır. Qəzet məqalədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin araşdırmasına istinad edir. Mərkəzin tədqiqatına görə, bəzi bölgələrdə dizel yanacağı qıtlığı və qiymətin bahalaşması zəmilərin biçimini ləngidib:

«Fermerlərdən biçim üçün hər hektara 100 manat pul istənilir. Halbuki keçən il bu, 30 manat olub».

Qəzet fermer təsərrüfatında müxtəlif problemləri sadaladıqdan sonra yekunlaşdırır:

«Mövcud situasiya 2012-ci ildə Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalına təsir göstərsə, müqayisəli üstünlüyə malik olan aqrar sektora marağı azalda bilər. Nəticədə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə idxaldan asılılıq artar. Aqrar sektorda müşahidə edilən problemlərin, eləcə də növbəti illərdə məhsul istehsalının azalmasının qarşısını almaq üçün hökumətin prosesə müdaxilə etməsi vacibdir».

PREZİDENTİN SUMQAYIT SƏFƏRİ

Rəsmi mətbuatın səhifələrini başdan-başa bu xəbər bürüyür.

«Azərbaycan» qəzeti iyulun 7-də prezident İlham Əliyevin Sumqayıt şəhər dənizkənarı parkında abadlıq işləri ilə tanış olmasından yazır, prezidentin çıxışını təqdim edir:

«Mən hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Çünki Bakı bulvarı indi dünyanın ən gözəl bulvarlarından biridir, bəlkə də birincisidir. Çünki müxtəlif sahilyanı şəhərlərdə bulvarlar vardır. Ancaq mən hər halda Bakı bulvarı kimi gözəl, geniş və müasir bulvar görməmişəm.

Sumqayıtın da bu dənizkənarı sahəsindən biz gərək səmərəli şəkildə istifadə edək. Bulvarın tikintisi demək olar ki, başlayır. Birinci mərhələdə yəqin ki, onun uzunluğu hesab edirəm ki, bir kilometr olacaqdır. Sonra biz onun uzunluğunu ən azı 2-3 kilometr artıracağıq. Sumqayıtda gözəl bulvar tikilməlidir, çimərliklər yaradılmalıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG