Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:36

Biznesmen Araz Ağalarov əməliyyat olunub


Rusiyada yaşayan milyarder biznesmen, azərbaycanlı Araz Ağalarov iyulun 7-də cərrahiyyə əməliyyatı olunub.

APA-nın məlumatına görə, bunu elə həmin gün Bakıda Yaşıl Teatrda solo-konsert verən oğlu Emin Ağalarov deyib. Emin elə səhnədəcə atasının onun konserti günü əməliyyat olunduğunu və bu səbəbdən də konsertdə iştirak etmədiyini vurğulayıb: “Şükür Allaha ki, artıq hər şey yaxşıdır. Hazırda bu səhnədə ikili hisslər keçirirəm. Bu gün mən atamın yanında deyiləm və qəlbim onunladır. Atama sonsuz hörmət edirəm və onunla fəxr edirəm. Hər şeyin geridə qalmasına çox sevinirəm”.

Emin konsertdən sonra atasının səhhəti ilə bağlı sualın cavabında “o qədər də mühüm əməliyyat deyildi” deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG