Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:11

«Qarabağ» növbəti mərhələdə, AZAL mübarizəni dayandırdı


İyulun 7-də Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Ağdamın «Qarabağ» klubu Litvanın «Banqa» klubuna Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda 3:0 hesabı ilə qalib gəlib. Qolları Admir Teli (29), Rəşad Sadiqov (34), Ansi Aqolli (75) vurublar. Səfərdə keçirilən ilk oyun 4:0 hesabı ilə ağdamlıların xeyrinə başa çatmışdı.

«Qarabağ» II təsnifat mərhələsində Farer adalarının «Streymur» klubu ilə qarşılaşacaq.

UEFA-nın «Olimpik-Şüvəlan» adı ilə tanıdığı AZAL isə səfərdə Belarusun «Minsk» klubu ilə görüşüb. Oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Qolları Yevgeni Loşankov (5), Denis Saçeko (11), Zohair Benouahi (66) vurublar. İlk görüş 1:1 hesabı ilə başa çatdığından AZAL avrokuboklarda builki çıxışını dayandırıb.

«Minsk»lə oyundan sonra AZAL klubunun baş məşqçisi Nazim Süleymanov istefa verib. /apa/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG