Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:06

Suriyanın Homs şəhərindən sakinlər qaçır


Suriyanın Hama şəhərində repressiyalardan ehtiyat edən yüzlərə sakin şəhərdən qaçıb.

Yerli hüquq müdafiəçisi Rami Abdel Rahman son bir neçə gün ərzində şəhərdə azı 20 sakinin öldürüldüyünü və təkcə bu gün şəhərdən onlarla ailənin çıxdığını deyir.

Ötən həftə şəhərdə prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayiş keçirilib.

Martın ortalarından bu yana Suriyada mövcud rejimə qarşı kütləvi aksiyalar keçirilir.

Hüquq müdafiəçiləri bu müddət ərzində 1400-dən çox adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG