Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:46

Roma-Katolik Kilsəsi dövlət qeydiyyatına alınıb


Vatikan
Vatikan

Müqəddəs Taxt-tac ilk dəfə Azərbaycanla belə saziş imzalayıb


İyulun 7-də “Roma-Katolik Kilsəsinin Apostol Prefekturası” dini qurumuna dövlət qeydiyyatına alınması barədə Şəhadətnamə təqdim edilib. Bu haqda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzadlıqRadiosuna məlumat verilib.

Təqdimat zamanı Müqəddəs Taxt-tacın Azərbaycandakı apostolik nunsisi Kladio Qucerotti bildirib ki, Müqəddəs Taxt-tacın Azərbaycanla imzaladığı saziş bu qəbildən olan ilk sənəddir. Çünki Vatikan indiyədək heç bir dövlətlə belə bir saziş imzalamayıb:

“Azərbaycan necə tolerant ölkə olduğunu bir daha təsdiqlədi. Artıq bütün dünya bunun şahididir. Əminəm ki, beynəlxalq aləmdə müsbət əks-səda doğuran bu sənəd böyük tarixi hadisə kimi yaddaşlarda qalacaq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə ölkədə bütün dinlərin mənsublarına, o cümlədən katoliklərə öz inanclarına uyğun yaşamaları üçün hər cür şərait yaradıldığını bildirib.

Komitə sədri deyib ki, başqaları üçün örnək olan sazişin Azərbaycanla Vatikan arasında imzalanmasına təbii yanaşmaq lazımdır:

“Lakin çalışmalıyıq ki, münasibətlər daha da inkişaf etsin. Azərbaycan tolerantlıq prinsiplərinə sonadək sadiqdir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG